
"Göygöl Şərab" ASC 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində İştirak Etmişdir
“WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşdırılmış aparıcı sərgidir və 20 illik tarixə malikdir. Həyata keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi özünü mütəxəssislərin illik görüşü və qida sənayesi üzrə avadanlıqların, eləcə də mal və xidmətlərin nümayiş etdirilməsi, habelə yeni sifarişçilərin müəyyənləşdirilməsi, biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün etibarlı platforma kimi tanıda bilmişdir.

İs Həmişə var verilişi Göygöl Şərab Zavodunun qonağı olmuşdur
ATV telekalının sevimli verilişlərindən biri olan İş Həmişə Var verilişi Göygöl Şərab Zavodunu və xüxusi olaraq limonad istehsalı bölməsini ziyarət etdi. Limonad istehsalımız haqqında ətraflı verilişi izləyərək öyrənə bilərsiniz. Verilişi və şəkilləri sizə təqdim edirik.

Göygöl Şərab Zavodu ixrac potensialını genişləndirir (Azərbaycan Qəzeti)
Bu gün Azərbaycan bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkələr sırasındadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Eyni zamanda, aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığı tədricən azalır və Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilir. Bunu cari ilin birinci rübü üzrə xarici ticarətə aid göstəricilər də s