top of page

Göygöl Şərab Zavodu “PRODEXPO-2024” Beynəlxalq Sərgidə iştirak edib

5-9 fevral tarixlərində Moskva şəhərində Rusiya və Şərqi Avropanın ən böyük beynəlxalq sərgisi olan “Prodexpo - 2024” keçirilmişdir. Sərgidə dünyanın müxtəlif ölkələrdə istehsal olunan  qida məhsulları,  içkilər və onların istehsalı üçün köməkçi materiallara və avadanlıqlar nümayiş edilmişdir. Qeyd edək ki, hər il bu sərgidə 30-dan çox ölkələrin alkoqollu içkiləri və şərabları nümayiş olunur və həmin sərgi vasitəsilə 14%-ə qədər yeni məhsul təqdim olunur.


Göygöl Şərab Zavodu da bu sərgidə iştirak edərək, qabaqcıl texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli şərab, araq, konyak və şampan məhsullarını təqdim etmişdir. Sərgidə Rusiya və digər ölkələrin istehsalçılarına zavodun məhsulları barədə , istehsal prosesi və texnologiyları haqqında məlumatlar təqdim edilib, qarşılıqlı əlaqələrin və əməkdaşlıqların qurulması, ixrac xəritəsinin artırılması, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycan məhsullarının tanınması məqsədilə ilə danışıqlar aparılmışdır.


Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.



Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page