top of page

Göygöl Şərab Zavodu İkinci Üzüm və Şərab Festivalında iştirak edib

Dövlət Turizm Agentliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində “İkinci Üzüm və Şərab Festivalı” keçirilmişdir. Festivalda 20-dən artıq yerli şərab istehsalçılarının müxtəlif növdə və çeşiddə olan şərabları nümayiş etdirilmişdir.

 

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Festivalda şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdur.

 

Göygöl Şərab Zavodu da bu festivalda iştirak edərək qabaqcıl texnologiya ilə hazırlanmış yüksək keyfiyyətli təbii tərkibə malik şərabları təqdim etmişdir. Festivalın yerli və xarici qonaqlarına həm şərablarıın zəngin dadından həzz almaq imkanı yaradılmış, həm də onların istehsal prosesi, şərabçılıq estetikası və müxtəlif yeməklər üçün ideal şərab seçiminin incəlikləri haqqında ətraflı məlumat təqdim edilmişdir.

 

Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi  altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları  müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.

 






Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page