top of page

Qazaxıstanlı somelye Göygöl Şərab Zavodunu ziyarət edib

Yanvarın 11-də Qazaxıstandan olan somelye Anastasiya Naumetskaya Göygöl Şərab Zavodunu ziyarət etmişdir. A.Naumetskaya Baş şərabçı Rasim Ömərovun müşaiyəti ilə zavodun ərazisini gəzərək istehsal prosesi ilə tanış olmuş və geniş çeşiddə şərabları dequstasiya etmişdir.


"Burada istehsal edilən zərif və ətirli ağ şərab, yaxşı balanslaşdırılmış və harmonik dada malik olan qırmızı şərab növlərini çox bəyəndim." - deyə Anastasiya şərabların keyfiyyətinə heyran qaldığını bildirmişdir. A.Naumetskaya Azərbaycanın, xüsusilə də Göygöl Şərab Zavodunun qədim şərabçılıq tarixi və ənənələrini yüksək qiymətləndirdiyini bildirmişdir: “Azərbaycan zəngin üzümçülük və şərabçılıq ənənələrinə malikdir, hesab edirəm ki, Azərbaycan şərablarının beynəlxalq bazarlarda böyük potensialı var”.


Göygöl Şərab Zavodu daima şərab sahəsi üzrə peşəkarları zavodun fəaliyyəti, istehsal prosesi ilə tanış olmaq, o cümlədən müxtəlif məhsulları dequstasiya etmək üçün qarşılamağa hazırdır.


Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabı müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.






Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page