
Üzümlüklər
"Göygöl Şərab Zavoduna" məxsus ÜZÜMLÜKLƏR
«Göygöl Şərab» ASC 2006-2008-ci illərdə əkilmiş, müxtəlif yüksək keyfiyyətli yerli və Avropa üzüm növlərinin becərildiyi 517 hektar üzüm sahəsi var. İqlimi mülayim-istidir.Əkilmiş üzüm tinkləri yerli şəraitə uyğunlaşdırılmış, Avropanın tanınmış şirkətləri olan Fransız «GONTARD FRERESEPINIERES VITICLES» və İtaliyanın «VIVAI MARCYI» şirkətlərindən alınmışdır.


Üzüm növləri
Şərab istehsalı üçün 13 üzüm növü becərilir
Göygöl Şərab Zavodunun 517 hektarlıqüzüm sahələrində 13 üzüm növü becərilir. Bu növlərdən 7-i qırmızı şərablar üçün nəzərdə tutulan üzüm növləri, 6-ı ağ şərablar və şampanlar üçün nəzərdə tutulan üzümlərdir. Üzümlüklərimizdə becərilən qırmızı və ağ şərablar üçün üzüm növləri aşağıdakılardır.
Qırmızı şərablar üçün: Pinot Noir, Cabernet Sauvignon, Merlot, Syrah, Saperavi, Grenache, Mədrəsə
Ağ şərablar üçün: Sauvignon Blanc, Chardonnay, Rkatsiteli,Muscat, Bayanşirə, Uniblanc