top of page

HAQQIMIZDA

“Göygöl Şərab Zavodu” ASC Azərbaycanın 160 illik tarixə malik şərab, konyak, şampan, və  vodka istehsal edən müəssisəsidir.

Haqqımızda

“Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-ci il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.

Hazırda müxtəlif növ spirtli içki istehsal edən "Göygöl Şərab Zavodu" ASC öz yeni inkşaf mərhələsinə qədəm qoymuşdur. Müəssisəmizdə yüksək keyfiyyətli konyak və şərab məhsulları, araq, klassik üsulla hazırlanan kolleksiyon şampan istehsal edilməkdədir.

Hazırda şirkət özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir şərabçılıq müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuş, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır.

​"Göygöl Şərab Zavodu" ASC-nin 2006-2008-ci illərdə əkilmiş, yüksək keyfiyyətli yerli və Avropa üzüm növlərinin becərildiyi 517 hektar üzüm sahəsi var. Əkilmiş üzüm tingləri yerli şəraitə uyğunlaşdırılmış, Avropanın tanınmış şirkətləri olan Fransanın «GONTARD FRERESEPINIERES VITICLES» və İtaliyanın «VIVAI MARCYI» şirkətlərindən alınmışdır. Hazırda zavodun Göygöl va Samux bölgələrində yerləşən üzümlüklərində qırmızı şərablar üçün Pinot Noir, Cabernet Sauvignon, Merlot, Syrah, Saperavi, Grenache, Mədrəsə, ağ şərablar üçün isə Sauvignon Blanc, Chardonnay, Rkatsiteli, Muscat, Bayanşirə, Uniblanc üzüm sortları yetişdirilir. Yaxın gələcəkdə üzüm bağlarının sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulur.

Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 18-ci əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi fəaliyyət göstərir. Burada klassik üsulla hazırlanmış kolleksion şampanlar, madera və yüksək keyfiyyətli süfrə şərabları saxlanır.

Hazırda istehsal olunan məhsullar daxili bazarda iri supermarketlərdə, mehmanxana və restoranlarda satılıtr, eləcə də müxtəlif ölkələrə ixrac olunur. Şirkətimizin əsas ixracat istiqamətləri Rusiya, Belarus, Çinin aparıcı şirkətləridir. Başqa ölkələrlə də yeni əlaqələrin yaradılması və  genişləndirilməsi istiqamətində iş aparılır.

Zavodunun məhsulları dəfələrlə beynəlxalq müsabiqələrində, mühüm beynəlxalq alkoqol və qida məhsulları sərgilərində yüksək mükafatlara layiq görülmüşdür. 

bottom of page