top of page

Göygöl Şərab Zavodu ixrac imkanlarını genişləndirir

Ölkənin ən qədim spirtli içki istehsalçısı olan Göygöl Şərab Zavodu 2024-cü ildə ixrac potensialının daha da genişləndirilməsini hədəfləyir.


Göygöl Şərab Zavodu daima özünü dünya bazarında şərab, araq, konyak və şampan məhsullarının etibarlı istehsalçısı kimi göstərir. Bu gün məhsullarımız Almaniya, Rusiya, Belarusiya, Latviya, Estoniya, Litva, Polşa, Yaponiya və Çin kimi ölkələrə ixrac olunur və populyarlıq qazanır. İxrac xəritəsinin genişləndirilməsi, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycan məhsullarının tanınması məqsədi ilə digər Avropa və Cənubi Amerika ölkələri ilə danışıqlara başlanılmışdır. Hədəfimiz məhsullarımızın yüksək keyfiyyət standartlarını və unikallığını qorumağa yönəlmişdir ki, bu da bizə inamla rəqabət aparmağa imkan verir.


Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi adı altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.



Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page