top of page

İSTEHSALAT

ŞƏRAB

ŞAMPAN

İSTEHSALI

KONYAK

İSTEHSALI

"Göygöl Şərab Zavodu" özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirən müasir müəssisəsidir. Hazırda bütün istehsal binaları, sexlər və köməkçi sahələr yenidən qurulmuş və təmir olunmuşdur, bütün avadanlıqlar va texnoloji xətlər yenilənmiş və müasirləri ilə əvəz olunmuşdur. Bu məqsədlə şərabçılıq sənayesi üçün avadanlıqlar istesalında aparıcı şirkət olan İtaliyanın tanınmış «TECNOFOOD GROUP» SRL şirkəti ilə müqavilələr bağlanmışdır.

Müəssisəmizdə üzümün qəbulu və ilkin emalı sexində: üzümün qəbulu üçün dörd bunker, hər birinin məhsuldarlığı saatda 25-30 ton olan, dörd ədəd «DPN-25» üzüm əzən-puçaldan ayıran maşın, dörd ədəd əzmə nasosu, üzümü qəbul üçün dörd ədəd bunker, məhsuldarlığı saatda 35-40 ton olan şirəni və şərabı puçaldan ayıran və sonradan sıxan müasir «VS 150» markalı vakuum membranlı press və iki ədəd soyuducu kompressor qurğusu işləyir.

Şərabın ilkin emalı sexində paslanmayan poladdan hazırlanmış, hər birinin tutumu 3000 dekalitr olan 128 şaquli, müasir çən quraşdırılmışdır. Bu çənlər xüsusi köynəklər vasitəsi ilə onlardakı şirənin qıcqırma temperaturunun tənzimlənməsi üçün avtomatik sistemlə və qırmızı şərab hazırlanması texnologiyasına uyğun olaraq qarışdırılma və boşaltma sistemi ilə tachiz olunmuşdur.

Şərabın ikinci emalı sexi kamera, şərabın soyuq üsulla emalı üçün soyuducu kamera, pasterizə edilməsi, yapışqanlanması və təmizlənməsi üçün xüsusi qurğu və avadanlıqlarla təchiz olunmuşdur.

Müəssisənin ərazisində ümumi həcmi eyni vaxtda 1 200 000 dekalitr olan içərisi şüşə emallı polad çənlər var. Müəssisənin konyak spirtini, madera şərablarını, yüksək keyfiyyətli portveyn və kaqor şərablarını saxlamaq üçün nəzərdə tutulmuş palıd çəlləklərin ümumi tutumu  1 000 000 dekalitrdir. Yüksək keyfiyyətli konyak spirti almaq üçün 2 ədəd K-5 konyak çəkmə aparatından istifadə edilir. Klassik üsulla hazırlanan kolleksiyon şampan şərabları istehsalı üçün illik məhsuldarlığı 300 000 butulka olan avadanlıqlar artıq alınmışdır.

Anchor 1

TARİXİ SAXLANCIMIZ

15 metr dərinlikdə

18-ci əsrin ortalarında tikilmiş saxlanc

Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 18-ci əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi fəaliyyət göstərir. Burada klassik üsulla hazırlanmış kolleksion şampanlar, madera və yüksək keyfiyyətli süfrə şərabları saxlanır.

Vodka İstehsalı

Şərab İstehsalı

bottom of page