Azərbaycanın ən böyük spirt istehsalı müəssiəsi
İstehsal etdiyimiz spirt beynalxalq standartlara cavab verir
Araq məhsullarının hazırlanması zamanı istifadə edilən etil spirti də müəssisəmizdə istehsal edilir. Məhz burada ən müasir texnologiyaya cavab verən, avtomatlaşdırılmış və bütün proseslərin kompüterlə idarə edildiyi modern qurğularda etil spirti istehsal edilir. İstehsal gücü sutkada 30000 litr olan müasir spirt istehsalı zavodumuz Azərbaycanın bir çox araq istehsalçılarını yüksək keyfiyyətli spirt ilə təmin edir. İstehsal prosesi zamanı ən yüksək təmizliyə malik "Lüks" və "Alfa" etil spirti istehsal edilir ki, bu da yüksək keyfiyyətli araq məhsullarının istehsal edilməsinə şərait yaradır.
Yüksək keyfiyyətli spirt
Müəssisəmizdə istehsal edilən etil spirti yüksək keyiyyətli 4-cü sort buğdadan istehsal edilir
«Xan» markalı araqlarda istifadə edilən spirt müəssisəmizdə istehsal edilir. Spirt istehsalı zamanı biz, geni dəyişdirilmiş buğda sortlarından istifadə etmirik. Məhsulumuzun keyfiyyətini qorumaq üçün yüksək keyfiyyətli 4-cü sinif buğdadan istifadə edirik.
«Xan» markalı araqların spirtinin tərkibində aldehidlər yoxdur. Aldehidlər istehlakçılarda alkoqoldan asılılıq yaratdığı üçün bu üzvü maddənin miqdarını 0 həddində saxlanılır. Şirkətin istehsal etdiyi spirtin tərkibində sivuş yağları normadan 2 dəfə azdır. Bu maddə arağın dadında acılıq yaratdığı üçün bu yağların miqdarı aşağı həddə saxlanılır.
Tullantısız texnologiyanın tətbiqi
Sutka ərzində 15 ton quru yem istehsal olunnur