Göygöl Şərab Zavodu III Qida Sənayesi və Qida Təhlükəsizliyi Forumunda sponsor qismində iştirak etdi
- 11 hours ago
- 1 min read
Göygöl Şərab Zavodu ASC olaraq, Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “III Qida Sənayesi və Qida Təhlükəsizliyi Forumu”nda sponsor qismində iştirak etdik. Tədbir çərçivəsində qonaqlara müəssisəmizin məhsulları təqdim olundu, eyni zamanda zavodumuzun zəngin tarixi, formalaşmış istehsal ənənələri və müasir istehsal prosesləri barədə ətraflı məlumat verildi. Forum iştirakçıları yerli istehsalın keyfiyyət göstəriciləri, innovativ yanaşmalar və sənayenin inkişaf perspektivləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Göygöl Şərab Zavodu bundan sonra da ölkəmizin şərabçılıq ənənələrini yaşatmaqla yanaşı, müasir istehsal həllərini tətbiq edərək sahənin inkişafına töhfə verməyə davam edəcək.












