top of page

“II Moruq Festivalı”

  • Writer: Ilkin Quliyev
    Ilkin Quliyev
  • Sep 12
  • 1 min read

Göygöl Şərab Zavodu olaraq Göygöl rayonunun Keşkü kəndində keçirilən Aqrar Biznes Festivalı və “II Moruq Festivalı”nda iştirak etdik.


Kənd Təsərrüfatı Nazirliyi, Göygöl Rayon İcra Hakimiyyəti və tərəfdaş qurumların təşkilatçılığı ilə baş tutan festival bölgənin aqrar potensialının, turizm və aqroturizmin inkişafına dəstək məqsədi daşıyırdı.


Festival çərçivəsində ziyarətçilər zavodun təqdim etdiyi məhsulları dadaraq onların hazırlanma prosesi ilə tanış olub, həmçinin şərabçılıq ənənələrimiz və tətbiq edilən müasir texnologiyalar barədə ətraflı məlumat əldə edib.


Göygöl Şərab Zavodu üçün bu cür festivallar istehlakçılarla birbaşa ünsiyyət qurmaq, keyfiyyətli məhsullarını daha geniş auditoriyaya təqdim etmək və milli şərabçılıq mədəniyyətini tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.


Bu uğurlu tədbirin təşkilinə görə Kənd Təsərrüfatı Nazirliyinə, Göygöl Rayon İcra Hakimiyyətinə və bütün tərəfdaş qurumlara dərin təşəkkürümüzü bildiririk.

ree
ree
ree

 
 
Ən son xəbərlər
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page