Avropa səfirləri Göygöl Şərab Zavodunun qonağı oldular.
- Ilkin Quliyev

- Jul 14, 2025
- 1 min read
Göygöl Şərab Zavodu Almaniya, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Latviya və Rumıniyanın Azərbaycandakı səfirlərini qeyri-rəsmi səfər çərçivəsində qəbul etmişdir.
Səfər zamanı diplomatik nümayəndələr zavodun zəngin tarixi və istehsalat prosesi ilə tanış olmuş, məhsullarımızın yüksək keyfiyyət standartları barədə ətraflı məlumat almışlar. Qonaqlar Göygöl Şərab Zavodunun müxtəlif çeşidli şərablarını və brendilərini dadmaq imkanı əldə etmişlər.
Tanıtım turu çərçivəsində səfirlər ölkəmizin ən qədim və nüfuzlu şərab istehsalçılarından biri olan Göygöl Şərab Zavodunun fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Dəyərli qonaqlarımıza göstərdikləri marağa və xoş ziyarətə görə təşəkkür edirik.



















