top of page

Aprelin 4-də “Göygöl Şərab Zavodu” tərəfindən Göygöl rayonunda yerləşən zavodumuza info-turu təşkil

Zavodun spirt istehsalı müəssisəsinin sahə rəhbəri Xanlar Əliyev, vodka istehsalı üzrə baş texnoloq Nadejda Samoxina və zavodumuzun şərabçısı olan Antonio Favero ilə birlikdə qonaqlara ekskursiya zamanı bizim zavod haqqında müəyyən məlumatlar verilmişdir, qonaqlar üzüm sahələrilə, həmçinin spirt, vodka və şərabın istehsal prosesin bütün mərhələləri ilə ardıcıl şəkildə yaxından tanış ola bildilər, zavodumuzun qədim şərab saxlancı ilə tanış oldular, son dərəcə müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada, eləcə də satışa olan və yaxın zamanda çıxarılacaq yeni şərabların təqdim edildiyi dequstasiya zalında həm dadaraq həmdə şərabların xüsusiyyətləri haqqında ətrəfli məlumat əldə etdilər. Şirkətimiz haqqında müsbət rəylərin olmasına baxmayaraq, zavodumuzun istehsal prosesinin üzümlüklərimizi, daha sonra zavodumuzun texniki təchizatı ilə tanış olduqdan sonra müsbət mənada təəccübləndilər. “Göygöl Şərab Zavodu” bu tədbirdə iştirak etdiyi üçün qonaqlarımıza öz təşəkkürünü bildirir və Azərbaycan istehlakçısını məhsullarımızın keyfiyyəti ilə sevindirəcəyinə ümid edir!


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page