top of page

"Göygöl Şərab Zavodun" məhsulları Çinin iri market şəbəkələrində satışdadır.

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasında səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilib, əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb.

Qeyd edək ki, Göygöl şərab zavodunun müxtəlif məhsulları – şərab və spirtli içkilərin məhsulları Çinin Şanxay şəhərində yerləşən “Global Commodity Trading Hub” şəbəkəsində yerləşdirilmişdir. Bu şəbəkə Çində fəaliyyət göstərən topdansatıcılara şirkətimizin istehsal etdiyi məhsulları sifariş etməyə imkan yaradır.


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page