top of page

"GöyGöl Şərab Zavodu" ASC-in məhsulları 24-cü WorldFood Azerbaijan sərgisində böyük maraq

16-18 may ayının tarixlərində Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2018 sərgisi təşkil olunub. Ölkənin qida sənayesinin əsas tədbiri olan “WorldFood Azerbaijan” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 207 şirkət geniş məhsul seçimi təklif edib.

Ənənəvi olaraq, sərgidə “WorldDrink” bölməsində yer alaraq, "GöyGöl Şərab Zavodu", geniş çeşidli alkoqollu və alkoqolsuz məhsullarını uğurla nümayiş etdirib.

Cəlbedici stendi ilə böyük maraq yaradan "GöyGöl Şərab Zavodu", ziyarətçilərə Azərbaycanda istehsal olunan və alıcılar tərəfindən böyük rəğbət qazanmış müxtəlif növ şərab, araq, limonadlar və təbii sular təqdim olunub və onlar haqqında ətraflı məlumat verilib.

Beləliklə, “WorldFood Azerbaijan 2018” sərgisi, "GöyGöl Şərab Zavodu" üçün mövcud və potensial müştərilərlə görüşməyi, onlara öz geniş çeşidli məhsulları haqqında ətraflı məlumat verməyi, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni biznes əlaqələri qurmağı üçün imkan yaratmışdır.


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page