"GöyGöl Şərab Zavodu" ASC-in məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nüma
Azərbaycan şirkətləri Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunub.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə istehsalı və s. sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti milli pavilyonda öz məhsullarını nümayiş etdirilib.
Sərgi ziyarətçiləri zavodumuzun istehsal etdiyi məhsullara böyük maraq göstəriblər. Orada distribyutorlar, pərakəndəçilər, restoran sahibləri, sıravi qonaqlar məhsullar haqqında ətraflı məlumat alıblar və əməkdaşlarımız istəyən hər kəsə "GöyGöl Şərab Zavodu"-un məhsullarını dequstasiyaya təqdim ediblər. Stendin çoxsaylı qonaqları şərabların orijinallığını-dad, keyfiyyətini və tərtibatın orijinallığını qeyd etdilər, rəyləri yalnız tərif idi.
Şirkətimiz “Sial China 2018” Beynəlxalq Ərzaq sərgisində məhsul təchizatı və ixracat coğrafiyasını genişləndirmək üçün işgüzar tərəfdaşlarla yeni müqavilələr imzalanmışdır.
2002-ci ildən Şanxay şəhərində təşkil edilən “SİAL CHİNA“ Beynəlxalq Ərzaq Sərgisi ən böyük ərzaq sərgilərindən hesab olunur. Sərgidə 80 mindən çox ziyarətçi baş çəkmişdi.
AsgD_zsuhzGyFIBONqIFgFbqawNSRkOi 2e98925de404148e85980b6ed679e95a_resized 15265690844919534939_1000x669 1526569084494516581_1000x669








