ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828

Göygöl rayonu və "Göygöl Şərab" ASC-in tarixi Euronews telekanalında işıqlandırıldı.

November 18, 2016

Azərbaycanda  avropa ölkələrindən gələn miqrantlar tərəfindən ilk qəsəbə Göygöl bölgəsində qurulmuşdur. Rus çarı I Aleksandrın alman əsilzadələri ilə qohumluğu XIX əsrin əvvəlində Almaniya ilə Rusiya arasında olan isti münasibətlər formalaşdırmışdı. Ona görə də Rus imperiyasının müxtəlif bölgələrində  alman koloniyalarının yaradılması üçün əngəl yox idi. 

10 may 1817-ci ildə 1500 Alman ailəsinə köçmək icazəsi verilir. Qafqaza istiqamət götürən alman ailələrinin bir qrupu son dayanacaq kimi Göygöl bölgəsi olur. Göygöl bölgəsi o dövrlərdə Yelizovetpol quberniyasının Yelenendorf  bölgəsi adlanırdı.

 

Yayımlanan sujetdə Göygöl şəhərində Almanların yerləşməsi, onların məşğuliyyəti, həmçinin 157 illik şərabçılıq tarixinə malik olan Göygöl Şərab zavodundan bəhs edilir. Sujetdə Göygöl Şərab Zavodunun 1860-ci ildə əsası qoyulduğu qeyd edilmiş, Qafqaz bölgəsi üzrə şərab təminatının 60%-in bu müəssisənin payına düşdüyü vurğulanmışdır. Şirkətimizin İstehsalat üzrə rəhbəri Rasim Ömərov şirkətimizin tarixi və indiki dövrdə fəaliyyəti haqqında Euronews kanalına informasiya vermişdir.

 

Share on Facebook
Share on Twitter
Please reload

Ən son xəbərlər
Please reload

Arxiv
Please reload

Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle