top of page

Yelenendorf Original

Azərbaycanın XIX əsrin əvvəllərində Yelenendorf adlandırılan, indiki Göygöl rayonunda yerləşən Göygöl Şərab Zavodunun 1860-cı ildə şvab almanları, Forer və Qummel qardaşları tərəfindən əsası qoyulmuşdur. Zavod Azərbaycanın ən qədim və böyük spirtli içki istehsal edən müəssisəsi olaraq vodka, şərab, konyak və şampan məhsulları istehsal etməkdə davam edir.

Yelenendorf Original Vodka - Adı tarixə söykənən bu vodka tam yeni texnologiya ilə hazırlanmışdır. Bu vodka mükəmməl həzz və təmiz dad əldə etmək üçün tam yeni reseptura və ənənəvi distillə üsullarından istifadə olunaraq hazırlanmışdır. Yelenendorf Original arağı yüksək keyfiyyətli buğdadan alınmış rektifikasiya olunmuş "Luxe" etil spirtindən. meyvə şərbəti, təbii bal, alma və cökə çiçəyinin spirtdə cövhərlərindən hazırlanmışdır.

160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampan məhsulları dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.

bottom of page