ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828

Azərbaycanın ən  qədim şərab istehsalı müəssisəsi

"Göygöl Şərab" ASC Azərbaycanın ən qədim şərabçılıq müəssisəsidir. Yarandığı 1860-cı ildən bu günə qədər müəssisə müxtəlif adlarla fəaliyyət göstərmişdir. Bir vaxtlar Yelenendorf adlandırılan Göygöl rayonunda yaşamış almanlar-Xristofer Forer və Xristofer Qummel tərəfindən əsası qoyulan şərab emalı müəssisələri şirkətimizin sələfi hesab edilə bilər. Məhz həmin dövrdə müəssisəmiz  keçmiş Sovet Sosialist Respublikaları arasında Almaniyaya və Hollandiyaya şərab ixrac edən ilk şirkət kimi tarixdə öz yerini tutmuşdur.

Ötən əsrin 20-ci illərində müəssisəmizdə "Kaqor", "Köhnə portveyn", "Ağ süfrə şərabları", "Xeres" şərabları, "Ekstra" konyakları, likörlər, şampan şərabları istehsal edilirdi. 1926-cı ilin statistikalarına əsasən Azərbaycanda istehsal edilən üzümün 48%-i müəssisəmizin bağlarında (o dövrdə "Konkordiya" korperativi kimi) yığılırdı. 1922-1927-ci illərdə Göygöl Şərab Zavodunun 13 zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Bu dövrdə SSRİ-nin müxtəlif bölgələrində 183 firma mağazası fəaliyyət göstərirdi.

Müəssisə 1936-cı ildə "Azsovxoztrest"- in tərkibinə daxil olur. Sonradan "Xanlar Aqrosənaye Kombinatı" kimi fəaliyyət göstərir. 1955-ci ildən etibarət şirkət keçmiş Yuqoslaviya və Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Almaniya və digər ölkələrdə keçirilən şərabçılıq müsabiqələrində iştirak edir.

Azərbaycanın müasir inkişafı, bazar iqtisadiyyatının tələbləri müəssisəmizin böyüməsinə və yeni istehsal sahələrinin yaradılmasına zəmin yaratmışdır.  Müəssisəmiz 2006-cı ildən başlayaraq şərab, konyak, şampan istehsalı ilə yanaşı araq və spirt məhsullarının istehsalına başlamışdır.  

 

"Göygöl Şərab" ASC bu gün məhsullarını "Xan" ticarət nişanı ilə istehsal edir. Fəaliyyət göstərdiyi dövrlər ərzində "Xan" ticarət nişanı nəinki araq məhsulları kateqoriyasında, həm də konyak, şərab, şampan, su və limonad məhsulları kateqoriyasında öz keyfiyyəti ilə fərqlənmişdir.