top of page

Nə üçün “Xan” vodkası bir çox Rusiya araqlarından daha keyfiyyətlidir?

Tanınmış rusiyalı texnoloq "Xan" araqlarını hazırlayır.

Məhsullarını "Xan 1860" ticarət nişanı ilə yerli və dünya bazarlarına çıxaran Göygöl şərab zavodu keyfiyyətli alkoqollu içki məhsulları istehsal etməyi şirkətin vacib və önəmli fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, şirkətin istehsal etdiyi araq, şərab, şampan, konyak məhsulları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qızıl, gümüş və bürünc medallarla mükafatlandırılmışdır. Çəkinmədən qeyd etmək olar ki, "Xan1860" ticarət nişanlı vodka məhsulları keyfiyyət göstəricilərinə görə Rusiyadan, eləcə də dünyanın müxtəlif ölkələrindən ixrac edilən vodka məhsulları ilə asanlıqla rəqabət aparmaq imkanına malikdir. Bunu aşağıdakı arqumentlərlə izah etmək olar.

Bu arqumentlərdən biri Rusiyada tanınmış vodka markalarını istehsal etmiş Nadejda Samoxinanın Göygöl şərab zavodunda araq məhsullarının istehsalı prosesinə cəlb edilməsidir.

Ümumi olaraq alkoqol sənayesində 35 ildən çox təcrübəyə malik Nadejda Samoxina Rusiyanın "Kristall", "Ruzsky Kupazhniy Zavod", "Almeko" kimi alkoqol istehsal edən iri müəssisələrdə baş texnoloq vəzifəsində çalışmış, habelə Rusiyada bir sıra araq istehsalı müəssisələrinin yaradılmasında iştirak etmişdir. Bu təcrübə şirkət tərəfindən geniş istifadə olunur və xanım texnoloq istehsal sahəsinə cəlb edilən ilk yüksək ixtisaslı əcnəbi mütəxəssis deyil. Zavodun texniki təchizatını, personalın səviyyəsini və istehsal gücünü yüksək qiymətləndirən mütəxəssis "Xan1860" əmtəə nişanlı araqlarının dad və keyfiyyət baxımından dünya brendləri ilə rəqabət aparmaq potensialına malik olduğunu vurğulayıb.

"Xan1860" ticarət nişanlı məhsulların keyfiyyətli olmasının digər səbəbi şirkətin araq məhsullarının tərkibində istifadə etdiyi etil spirtini özü tərəfindən istehsal etməsi ilə əlaqədardır.

Ölkəmizin ən böyük etil spirti istehsalı müəssisəsi olan "Göygöl Spirt" MMC " "Xan1860" ticarət nişanlı araq məhsullarının spirt təchizatçısıdır. Məhz burada ən müasir texnologiyaya cavab verən, avtomatlaşdırılmış və bütün proseslərin kompüterlə idarə edildiyi modern qurğularda etil spirti istehsal edilir. İstehsal gücü sutkada 30000 litr olan müasir spirt istehsalı zavodunda istehsal prosesi zamanı ən yüksək təmizliyə malik "Lüks" və "Alfa" etil spirti istehsal edilir ki, bu da yüksək keyfiyyətli araq məhsullarının istehsal edilməsinə şərait yaradır.

"Xan1860" markalı araqların spirtinin tərkibində aldehidlər yoxdur. Aldehidlər istehlakçılarda alkoqoldan asılılıq yaratdığı üçün bu üzvü maddənin miqdarını 0 həddində saxlanılır. Şirkətin istehsal etdiyi spirtin tərkibində sivuş yağları normadan 2 dəfə azdır. Bu maddə arağın dadında acılıq yaratdığı üçün bu yağların miqdarı aşağı həddə saxlanılır.

"Xan1860" ticarət nişanlı vodka məhsullarının spirti yalnız buğdadan alınır.

Spirt istehsalı zamanı geni dəyişdirilmiş buğda sortlarından istifadə edilmir, məhsulların keyfiyyətini qorumaq üçün yalnız yüksək keyfiyyətli 4-cü sinif buğdadan istifadə edilir.

Şirkətin 2 hektarlıq ərazisində elevator kompleksi adlandırılan hissəsində 8000 ton buğda tutumuna malik olan anbarlar mövcuddur ki, bu anbar kompleksindən mütəmadi olaraq buğda spirt istehsalı müəssisəsinə daşınır və yüksək keyfiyyətli buğda növündən yüksək keyfiyyətli spirt istehsal edilir.

Göygöl şərab zavodunda araq məhsullarının istehsalı prosesinə ciddi nəzarət olunur.

İstehsal zamanı bütün proseslərə ixtisaslı mütəxəssislər tərəfindən laboratoriyalarda nəzarət olunur.

Xammalın fizioloji aktiv maddələrini, onun qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına, xammal seçimində sanitariya-gigiyena normalarına ciddi riayət edilməsinə şirkət tərəfindən ciddi nəzarət edilir. "Xan1860" əmtəə nişanlı məhsulların yüksək keyfiyyətinin təmin edilməsi üçün istehsalın bütün mərhələlərində labaratoriya analizləri avropanın qabaqcıl şirkətlərinin ən müasir avadanlıqları və kompüter texnologiyalarının vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsullar MDB məkanında yalnız bir neçə müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Qeyd etmək lazımdır ki, standart laboratoriyalarda bu cür analizlərin təşkilinə iki həftədən çox vaxt tələb olunur.

Yüksək keyfiyyətli vodka məhsulları istehsal edən Göygöl şərab zavodu yeganə yerli müəssisədir ki, daxili bazarda mağaza rəflərində 50-60 manata "Xan1860" ticarət nişanı ilə araq məhsulunu satışa çıxarmış və alıcı kütləsi qazanmışdır. Məhz bu fakt müəssisənin istehsal etdiyi araqların Rusiyadan və digər ölkələrdən idxal edilən araq məhsullarından daha keyfiyyətli olmasını sübut edir.

"Göygöl Şәrab Zavodu" Açıq Sәhmdar Cәmiyyәti 16 sentyabr 2005-ci ildә tәsis edilmişdir. Hazırda istehsal olunan məhsullar daxili bazarda iri supermarketlərdə, mehmanxana və restoranlarda satılıtr, eləcə də müxtəlif ölkələrə ixrac olunur. Şirkətin əsas ixracat istiqamətləri Rusiya, Belarusiya ,Fillipin, Polşa və Çinin aparıcı şirkətləridir. ​


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page