top of page

"Göygöl Şərab Zavodu" şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə st

Fevral ayının 11-də Rusiya Federasiyasının Moskva şəhərində "Prodexpo 2019" beynəlxalq ərzaq sərgisi açılıb. Sərgidə 31 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.

Azerbaijan" vahid ölkə stendində təqdim edir.

Sərgidə təqdim edilən "Göygöl Şərab Zavodu" stendində geniş çeşidli məhsullarımız nümayiş olunur.

Sərgi şirkətimizin Rusiya bazarına çıxmaq, yeni müqavilələr bağlamaq və mövcud olan partnyorlarla əlaqələrin möhkəmləndirilməsi üçün olduqca yaxşı fürsətdir. Həmçinin sərgiyə gələn qonaqların Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış olmaq imkanı qazanır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu zavodumuzun stendini ziyarət edib, burada təqdim olunan məhsullarla tanış olub.

Rusiyanın Ticarət-Sənaye Palatasının himayəsi və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” tərəfindən təşkil edilən “Prodexpo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir. Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan sərgidə dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edir. 30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələrinin çox geniş spektri təqdim olunur.


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page