“Karabakh” markalı şərablarının dequstasiya günü keçirildi
Dekabrın 27-də «Sagi Wine House» restoranında "Göygöl Şərab Zavodunun" “Karabakh” markalı şərablarının dequstasiya günü təşkil olunmuşdur.
Dequstasiyaya dəvət olunmuş qonaqlar “Karabakh” şərablarının iki növündən və onlara uyğun qəlyanaltılardan dadıb, zövq alırdılar.
"Karabakh Rose" və qırmızı "Karabakh Saperavi" şərabları, zəngin dad ilə, zərif notları ilə, öz dolğun strukturu və nəfis dad davamlılıq ilə şərab həvəskarlarını sevindirdi.
Bundan sonra biz mütəmadi olaraq belə maraqlı görüşlər təşkil edəcəyik və sizləridə yenilənmiş şərab markalarımızın dadına baxmaq və dequstasiya etmək üçün dəvət edirik.