“Göygöl Şərab Zavodun” məhsulları Parisdə böyük maraqla qarşılanıb.

21 oktyabr tarixində başlayan, Fransa paytaxtının şimalında yerləşən “Paris-Nord Villepinte” sərgilər parkında, keçirilən SIAL Paris beynəlxalq ərzaq sərgisi öz işini yekunlaşdırıb. “Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunub.

Digər sərgilərdə olduğu kimi bu sərgidədə "Göygöl Şərab Zavodun" məhsullarına maraq böyük olub. Ziyarətçilər SİAL Paris beynəlxalq ərzaq sərgisində iştirak edən şirkətimizin şərabları ilə tanış olublar və sərgidə iştirak edən bir çox peşəkarlar, şərablarımız haqqında yüksək fikirlərini bildiriblər. Məhsullarımıza böyük maraq göstərilməsi bizi çox sevindirir və bizim daha bir uğura imza atdığımız deməkdir.

Bu sərgi məhsullarımızın təşviqi üçün geniş imkan yaradır, şirkətlərimiz potensial müştərilərlə şərab ixracatı üçün müəyyən razılığ əldə olunub və gələcək tərəfdaşlığımızın perspektivləri ilə və böyük ambisiyalı işlərlə bağlı müzakirələr aparılıb.


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle