ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828

Çində daha bir “Azərbaycan Şərab Evi” açılıb.

November 15, 2018

Noyabrın 7-də Şanxayda “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir.

 

“Azərbaycan Şərab Evi”-də "Göygöl Şərab Zavodun"-da istehsal etdiyi müxtəlif çeşid üzüm şərabları, araq, konyak və s. məhsulları nümayiş olunur. Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) yerləşən “Azərbaycan Şərab Evi”-də məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Şanxayda açılan “Azərbaycan Şərab Evi” də iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfəsini verməklə yanaşı, şirkətimizin məhsullarının Çin alıcılarına tanıdılması baxımından əhəmiyyətli rol oynayacaq. 

Sonra tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olublar. Şərab evində məhsulları nümayiş olunan şirkətlərin təmsilçiləri şərab və spirtli içkilər barədə məlumat veriblər.

 

Azərbaycan nümayəndə heyəti “Direct Imported Goods” (“DIG”) marketlər şəbəkəsində də olub. Qeyd edək ki, artıq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “DIG” marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.

 

 

 

 

 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Ən son xəbərlər
Please reload

Arxiv
Please reload

Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle