top of page

Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb.

Çin Xalq Respublikasının Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev sərginin açılış mərasimində iştirak edib. Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən "Göygöl Şərab Zavodu"-da daxil olmaqla, 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim edilir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan pavilyonlarında Sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, Sərginin müxtəlif yerlərində “Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page