ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828

Keçirilən “WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib.

September 26, 2018

Sentyabrın 17-dən - 21-nə kimi Moskvadakı “Eksposentr” Sərgi Kompleksində 27-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisi təşkil olundu. Keçirilən “WorldFood Moscow” sərgisi çərçivəsində Azərbaycan məhsullarının təqdimatı keçirilib.

 

Sərginin tərəfdaş ölkəsi olan Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti ilə təmsil olunub.

 

Rusiya dövlət qurumların rəhbərləri və digər ziyarətçilər “Made in Azerbaijan” stendini ziyarət edib, burada təqdim olunan məhsullarla tanış olublar. Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərginin iştirakçılarını və qonaqlarını, sərgi çərçivəsində keçirilmiş zavodumuzun şərablarının dequstasiyasına dəvət edilib və qonaqlar tərəfindən şərablarımızın dadı və keyfiyyətini yüksək qiymətləndiriblər.

 

Hal-hazırda "Göygöl Şərab Zavodun" şərablarının Rusiyaya ixracının artırılması istiqamətində işlər görülür. Sərgi çərçivəsində şirkətimizin nümayəndələri rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə və Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən topdan-satış məntəqələrində məhsul ixracına dair müzakirələr aparıblar.

 

 

 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Ən son xəbərlər
Please reload

Arxiv
Please reload

Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle