Azərbaycandan Çinə şərab ixrac edilməsi ilə bağlı razılıq əldə olunub!

Avqustun 30-da Çin Xalq Respublikasının Urumçi şəhərində “VI Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Sərgi sentyabrın 1-dək davam edib.

Azərbaycanın Çinə təşkil olunmuş ixrac missiyası avqustun 29-dan etibarən Urumçidə səfərdədir. İxrac missiyası çərçivəsində şirkətimiz və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair “Göygöl Şərab Zavodu” ASC və Çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Video reportaj: https://bit.ly/2NLD19u


Ən son xəbərlər
Arxiv
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle

ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828