ƏN ÇOX VERİLƏN SUALLAR

+99412 1828

Keyfiyyətə Nəzarət

Yüksək keyfiyyətin sirri

Bütün proseslərə mütəxəssislərimiz tərəfindən laboratoriyalarda nəzarət olunur.

Biz istehsal etdiyimiz məhsulların keyfiyyətinə şərtsiz prioritet veririk. Xammalın fizioloji aktiv maddələrini, onun qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına, xammal seçimində sanitariya-gigiyena normalarına ciddi riayət edilməsinə çalışırıq. "Xan" əmtəə nişanlı məhsulların yüksək keyfiyyətinin təmin edilməsi üçün istehsalın bütün mərhələlərində labaratoriya analizləri təşkil edilir. Labaratoriyada aparılan analizlər  avropanın qabaqcıl şirkətlərinin ən müasir istehsal etdiyi avadanlıqların və kompüter texnologiyalarının vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsullar MDB məkanında yalnız bir neçə müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çox vaxt aparır. Məhsulların fiziki-kimyəvi tərkibi, orqonoleptik təhlili, keyfiyyəti QOST-un tələblərinə tam cavab verir.